“Tesla” Çin istehsalı olan elektromobillərin satışını artırır

ABŞ-ın tanınmış avtomobil istehsalmısı olan “Tesla” şirkəti fevral ayında Çin istehsalı olan 74 402 elektrikli avtomobil satıb.

İndex.az xəbər verir ki. bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyası (China Passenger Car Association, CPCA) məlumat yayıb.

Bu göstərici yanvar ayı ilə müqayisədə 12,6% çoxdur. Həmin ay ABŞ istehsalçısının Çin istehsalı olan 66 051 “Model 3” və “Model Y” elektrik avtomobili tədarük edib.

Ötən ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 31,65% artıb.

CPCA-nın məlumatına əsasən, müqayisədə Çinin BYD markalı avtomobil istehsalçısı şirkəti fevral ayında 191 664 elektrik və hibrid avtomobili satıb.