Su içmək ömrü uzadırmı?

Bu sadə görünə bilər, lakin bədəninizin nəmləndirilməsini artırmaq üçün vacib bir yol içməli su ilə başlayır.

Yeni araşdırmalara görə, gündəlik su istehlakınızı tam şəkildə qarşılamaq, susuzluğunuzu yatırtmaqdan daha çox təsir edir. Bu yeni nəticələrə görə, hər gün kifayət qədər su istehlak etmək xroniki xəstəliklərə tutulma, vaxtından əvvəl ölmə və bioloji olaraq xronoloji yaşınızdan daha yaşlı olma şansınızı azalda bilər.

10.000-dən çox əhalidən 30 il ərzində toplanmış məlumatları emal edən bu araşdırma, natrium səviyyələrini nəzərə alan müqayisəyə əsaslanır. Tədqiq edilən fərdlər arasında natrium səviyyələrinin normal dəyərlər daxilində olduğunu, lakin nisbətən yüksək natrium səviyyəsinə malik olanların sağlamlıq vəziyyətinin aşağı natrium səviyyəsinə malik olanlardan daha pis olduğunu ortaya qoyan araşdırma, bu şəxslərin bioloji yaşının da onların xronoloji yaşından çox olduğu görülüb.

Bu, onları qeyri-sağlam qocalıq və daha erkən ölümlə üz-üzə qoyur. Bu nəticələrlə ürək mütəxəssisləri bir daha deyirlər ki, adekvat nəmlənmə qocalma prosesini yavaşlatmağa və xəstəliksiz həyat sürməyə imkan verir. Bədəndəki suyun miqdarının azalması serum natriumunu artıran ən ümumi faktor olduğundan, bu nəticələr göstərir ki, yaxşı su içmək qocalma prosesini yavaşlada və xroniki xəstəliklərin qarşısını ala və ya gecikdirə bilər.

Milli Tibb Akademiyası qadınlara 12 stəkan, kişilərə isə 16 stəkan su içməyi tövsiyə edir. Əgər ürək çatışmazlığı üçün maye qəbulunu məhdudlaşdırmalı olduğunuz bəzi xüsusi şərtlər mövcuddursa və maye ehtiyacını artıran dərmanlar qəbul edirsinizsə, daha dəqiq hesablama üçün həkiminizlə məsləhətləşə bilərsiniz.