
ABŞ-ın “Silvergate” ödəniş şəbəkəsi ilə bağlı problemlər kriptovalyuta bazarlarında sıxlığa səbəb olub.
İndex.az xəbər verir ki, Kaliforniyada yerləşən “Silvergate Capital” illik maliyyə hesabatlarının yayımını gecikdirdikdən sonra aparıcı kriptovalyuta birjaları “Silvergate”in fəaliyyətini davam etdirə bilməyəcəyindən narahat olaraq “Silvegate Exchange Network”də depozit və pul vəsaitlərinin çıxarılmasını müvəqqəti olaraq dayandırıb.
Yaranan sıxlıqdan sonra “Bitcoin” 6%-ə qədər ucuzlaşaraq 22 330 dollara satılıb.
Bundan əlavə “Coinbase Global”, “Galaxy Digital”, “Crypto” və “Bitstamp” da daxil olmaqla aparıcı kripto şirkətləri “Silvergate Capital Corp”dan bank tərəfdaşı kimi istifadə etməyi müvəqqəti dayandırıblar.
“Silvergate” ilə işləməyi dayandıranlar arasında “Stablecoin” platformaları “Paxos” və “Circle” həmçinin “Cboe”nin rəqəmsal aktiv bazarı və kriptovalyuta birjası “Gemini” var.