Yaşını doğrulamaq istəyən “İnstagram”da üzünü göstərməli olacaq

“Instagram” uzun müddətdir yeni hesab açan istifadəçilər üçün doğum tarixinin dəqiqləşdirilməsini məcbur edir. 2021-ci ildən etibarən o, hələ doğum tarixini qeyd etməyən istifadəçilərə xatırlatma edir.

İndex.az xəbər verir ki, “Instagram” indi də gənclər üçün məxfilik və təhlükəsizliyi artırmaq məqsədi daşıyan platforma 18 yaşdan kiçik insanlar üçün yeni yaş yoxlama metodunu işə salıb.

Bu funksiya ilə platformada 18 yaşından kiçik görünən, lakin yaşlarını 18-dən yuxarı görünmək üçün yeniləmək istəyən istifadəçilərə iki fərqli yaş doğrulama variantı təklif ediləcək. Bu üsullardan biri rəsmi şəxsiyyət vəsiqəsinin yüklənməsi, digəri isə istifadəçinin üzünü göstərən videonun çəkilməsi olacaq.

İstifadəçi yaş yoxlama üsulu olaraq video çəkməyi seçdikdə, “Instagram” məxfilik prinsipləri çərçivəsində bu videonu  “Yoti” texnologiyası şəxsin üz cizgilərinə əsaslanaraq yaşı təxmini edir və bu təxmini “Instagram” ilə paylaşır. “Yoti” texnologiyasında sifətin tanınması funksiyası yoxdur, o, yalnız fərdin yaşını tanımadan və ya müəyyən etmədən təxminlər yaradır. Həmçinin, yaş təxmini yekunlaşan kimi video həm “Meta”, həm də “Yoti” tərəfindən dərhal silinir.