Daşıma şirkətlərində niyə gecikmələr olur?

“Bu gün daşıma şirkətlərində müxtəlif səbəblərdən gecikmələrə yol verilir”.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin müavini Azər Abbasov məlumat verib.

O bildirib ki, gecikmələrə səbəb bəzən şirkətlərin bir çox sahibkarın məhsullarını daşıması ilə bağlı ola bilər:

“Bu cür şirkətlər təkcə bir sahibkarın məhsullarının daşınması ilə məşğul olmurlar. Elə şirkətlər var ki, 10 və ondan çox sahibkarın yükünü daşıyırlar. Gecikmələrə səbəb çeşidləmələrlə bağlı ola bilər. Bəzən də bəyannamələr gec göndərilir. Yəni, səbəblər müxtəlifdir. Təbii ki, müvafiq istiqamətdə təkmilləşdirmələr ediləcək. Bunun da çarəsini tapacağıq”.