
Kino dünyasının ən prestijli mükafatlarından biri olan “Oskar” kimi də tanınan Akademiya Mükafatlarında aktyor Uill Smitlə komediya ustası Kris Rok arasında baş verən sillə hadisəsi ötən il mərasimə kölgə salmışdı.
Kris Rok Uill Smitin həyat yoldaşı Jada Pinkett Smitin saçqıran xəstəliyi səbəbindən saçlarını qırxması ilə bağlı zarafat etmişdi. Bundan sonra Smith səhnəyə çıxmışdı və Roka bir sillə vurmuşdu.
Əvvəlcə parodiya olduğu düşünüləndən sonra Uill Smit “Arvadımın adını lənətə gəlmiş ağzına alma!” deyə qışqıran kimi atmosfer gərginləşdi. Sillədən sonra cəzalandırılan Smit, Kris Rok və komediyaçının ailəsindən də üzr istəyib.
Kris Rok “Oskar” gecəsinə damğasını vuran çox danışılan hadisə ilə bağlı yeni açıqlamalar verib:
“İnsanların bilmək istədiyi şey, sillə incitdimi? Bəli, incitdi” – deyə Rok bildirib.
Kris Rok həmçinin 2001-ci ildə “Əli” və 1991-ci ildə Uill Smitin baş rolda oynadığı “New Jack City” filmlərindəki rollarından da danışıb.
“O, məni axmaq bir zarafat üçün vurdu, bu, indiyə qədər etdiyim ən gözəl zarafat idi. Will 30 il ərzində böyük insan təəssüratını yaratdı, lakin sonra maskasını çıxarıb bizə göstərdi ki, hamımız kimi eybəcərdir. Nəticə nə olursa olsun… Ümid edirəm ki, o, maskasını geri taxmaz və əsl sifətinin nəfəs almasına icazə verər”.