İndiyədək Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
İndex.az xəbər verir ki, “Marja”nın araşdırmasına görə, ötən ili, maliyyə göstəricilərini açıqlamış 9 bankdan 8-i xalis mənfəət ilə, 1-i xalis zərər ilə başa vurub.
Yanvar ayının sonunadək digər bankların da 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayacağı gözlənilir.
Mərkəzi Bankın statitikasına görə, Azərbaycanın bank sektoru 2021-ci ili 609 milyon manat xalis mənfəət ilə başa vurub. 2020-ci illə müqayisədə ötən il bank sektorunun xalis mənfəəti 41,2 milyon manat və ya 7,2% artıb. Azərbaycanın bank sektoru 2020-ci ili 567,8 milyon manat xalis mənfəət ilə bağlamışdı.