
“Citigroup” yüzlərlə əməkdaşını ixtisar etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, ABŞ-ın “Citigroup” investisiya bankı ümumi 240.000 işçisinin 1%-dən azını işdən çıxaracaq.
İxtisarların investisiya və texnologiya bölmələrindən baş verəcəyi bildirilir.
Qərar bu həftə “Twitter” və “General Motors” kimi şirkətlərin işçilərini işdən çıxarmasından sonra verilib.