Messiyə təhdid: Qayınatasının mağazasına silahlı hücum etdilər

Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı Antonela Rocuzzonun ailəsinə məxsus supermarketə naməlum şəxslər hücum edib.

İndex.az “Daily Mail”ə istinadən bildirir ki, Messi və həyat yoldaşının ailəsinin də yaşadığı bölgənin Rosario şəhərində bir qrup narkotik alverçisi ailəyə məxsus “Unico supermarket” şəbəkəsinə hücum edib.

Yerli vaxtla saat 03:20-də supermarketin qapısına atəş açan silahlıların Messiyə ünvanlanmış təhdid mesajı buraxdıqları bildirilir.

Hadisə yerində polis “Messi, səni gözləyirik. Cavkin (Rosario meri)  də narkotik qaçaqmalçısıdır, o, sizə göz-qulaq ola bilməz”.

Hadisə ilə bağlı ətraflı açıqlama verməyən səlahiyyətlilərin hücuma aydınlıq gətirmək üçün araşdırmalara başladığı deyilib.

Rosario meri Pablo Javkin “Radio 2″yə verdiyi müsahibədə Rocuzzo ailəsinin bir neçə üzvü ilə görüşdüyünü qeyd edərək bunu deyib:

“Ailəni qorumalıyıq, onların bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Javkin narkotik şəbəkəsinin Messinin ailəsinin adından istifadə edərək, vermək istədiyi mesajı daha geniş əraziyə yaymaq istədiyi üçün bu addımı atıb”.