Yaponiyada işsizlik səviyyəsi azalıb

Yaponiyada mövsümü dalğalanması nəzərə alınmaqla işsizlik səviyyəsi yanvar ayında dekabr ayındakı 2,5% səviyyəsindən 2,4%-ə düşüb.

İndex.az xəbər verir ki, bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin statistika bürosunun məlumatında deyilir.

DailyFX portalının sorğusunu cavablandıran analitiklər indeksin dəyişməz qalacağını gözləyirdilər.

Belə ki, yanvarda ölkədə işsizlərin sayı 1,64 milyon nəfər təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 210 min nəfər və ya 11,4% azdır.

Yaponiya əhalisinin işləməyən hissəsi, o cümlədən 65 yaşdan yuxarı insanlar illik ifadədə 650 min nəfər (1,5 %) azalaraq 41,61 milyon nəfər təşkil edib.