“PASHA Bank”a işçilər tələb olunur

PASHA Bank

Kiçik Kredit Risk Anderrayteri (KİB)

Son tarix 02 apr 2023 Müraciət et

İşiniz nədən ibarətdir?

  • Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə korporativ və institusional bankçılıq şöbəsi üzrə potensial borc alanlarla bağlı kredit risklərinin təhlili;
  • Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnməsi;
  • Kreditlərin strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
  • Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərarın verilməsi;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa, bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmasının təmin edilməsi;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqlərinin hesablanması və müvafiq qərarın qəbul edilməsi;
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi üzrə səlahiyyət və cavabdehlik;
  • Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət; erkən xəbərdarlıq siqnalına əsasən təklif edilmiş strategiyaya rəyin verilməsi.;
  • Sifarişlər üzrə defolt olma ehtimalı dərəcəsinin hesablanması, eləcə də Kreditlərin strukturlaşdırılması və Monitorinq şöbələri tərəfindən daxil olan defolt olma ehtimalı üzrə cədvəllərin yoxlanılması, nəzarəti və düzgün defolt dərəcəsinin təsdiq edilməsi;
  • Xidmət səviyyəsi müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi;
  • Bankın təşkilati risklərin idarəedilməsinə dair siyasətinə əməl edilməsi; iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
  • Təcrübə: kredit, risk, maliyyə təhlili və ya müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili (səlis), rus dili (orta).
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.
  • İqtisadi/bazar bilikləri: Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması.
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər üzrə biliklər; maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
  • Üstünlük verilir: Risk menecment, ACCA, CFA üzrə sertifikatların mövcudluğu əlavə üstünlükdür.

 

Korporativ İdarəetmə və Hesabatçılıq üzrə Mütəxəssis / Baş Mütəxəssis

Son tarix 02 apr 2023 Müraciət et

İşiniz nədən ibarətdir?

  • Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;
  • Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına lazımi qaydada və vaxtı-vaxtında inzibati dəstəyin göstərilməsi, qərarlarının bankın müvafiq normativ tələblərinə uyğun olaraq qəbul olunmasına nəzarət;
  • İdarəetmə orqanları və komitələrin müzakirəsinə çıxarılmış məsələlərin müvafiq orqanın qərar vermə səlahiyyəti və limitinə uyğunluğuna nəzarət;
  • Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət, müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması üzrə qərarın verilməsi;
  • Katibi olduğu iclasların/komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun hazırlanması, imzalanması və icraya yönəldilməsi;
  • İclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət və nəticələr haqqında məlumatların qərarı qəbul etmiş müvafiq qurumlara vaxtında təqdim olunması;
  • Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanması;
  • Bankın katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə yardım edilməsi;
  • Bankın korporativ idarəetmə strukturunun fəaliyyətinin əsasını təşkil edən sənədlərin (siyasət, əsasnamə və s.) hazırlanması və təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədləri idarə etmək və qanunvericiliyə uyğunluğunu izləməklə sənədlərə mütəmadi dəyişikliklərin edilməsi;
  • Korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarə edilməsində fəal iştirak.

Sizdən nə tələb olunur?

  • Təhsil: hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr təhsili.
  • Təcrübə: 2-3 il.
  • Xarici dil: ingilis və rus dili biliyi arzu ediləndir.
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.
  • Məhsul üzrə biliklər: kredit, sənədli əməliyyat, faktorinq
  • Lisenziya / sertifikat: korporativ İdarəetmə istiqaməti üzrə sertifikatın olması arzu ediləndir.

 

Daxili Təhqiqat və Nəzarət üzrə Mütəxəssis

Son tarix 02 apr 2023 – Müraciət et

İşiniz nədən ibarətdir?

  • Daxili təhqiqatların aparılması, daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
  • Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin həyata keçirilməsi, aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi üzrə tövsiyələrin verilməsi;
  • Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətinin yoxlanılması, zəruri hallarda təhqiqatların aparması və hesabatın tərtib edilməsi;
  • Daxili təhqiqat prosesləri zamanı Bankın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;
  • Dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodların hazırlanması;
  • Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılması, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflərin verilməsi;
  • Bankdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasına nəzarət;
  • Yüksək riskli proseslərin nəzarət mexanizmləri üzrə sınaqların aparılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: iqtisadiyyat sahəsində və ya uyğun digər sahə üzrə ali təhsil (bakalavr).
  • Təcrübə: 3-5 il bank təcrübəsi.
  • Xarici dil: ingilis dili biliyi (səlis).
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.
  • Məhsul üzrə biliklər: bank məhsulları barədə məlumatlı olmaq
  • Digər: banklarda daxili nəzarət və komplayns, risk, daxili audit, maliyyə və xəzinədarlıq əməliyyatlarına nəzarət üzrə iş təcrübəsi.
  • Lisenziya / sertifikat: CFE, CİA və ya digər sertifikatın olması arzu ediləndir

 

Data Scientist / Kiçik Mütəxəssis

Son tarix 02 apr 2023 Müraciət et

İşiniz nədən ibarətdir?

  • Statistika və “Machine Learning” metodologiyalarını istifadə edərək modellərin dizaynı və istifadə olunması;
  • Risklərin qiymətləndirilməsi, erkən xəbərdarlıq sistemləri və ehtimal modelləri kimi innovativ və yenilikçi həllərin araşdırılması və yaradılması;
  • Kredit portflelinin paylanması və risklərin minimallaşdırılması üzrə “Machine Learning” modellərin yaradılması və istifadə olunması;
  • Kredit risk monitorinqi, yığılması və qiymətləndirmə modellərinin yaradılması və istifadə olunması;
  • Komanda üzvlərinin yönləndirilməsi və texniki dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Statistika, Riyaziyyat, Kompyuter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər əlaqəli sahədə Magistratura və ya PhD
  • İş təcrübəsi: Müvafiq sahədə azı 2 il
  • Digər:
  • Kredit qiymətləndirilməsi üzrə təcrübə
  • Real layihələrdə analitik həllərin uğurlu tətbiqinin sübutlu təcrübəsi
  • Mükəmməl SQL və Python təcrübəsi
  • Linux, “object-oriented” proqramlaşdırma və versiya kontrolu üzrə təcrübə
  • Kommersiya məlumatlılıq və geniş biznes məsələlərin analizi

 

Büdcələmə və Planlaşdırma üzrə Baş Mütəxəssis

Son tarix 02 apr 2023 Müraciət et

İşiniz nədən ibarətdir?

  • İllik büdcə planlama prosesinin icrasında effektiv şəkildə iştirak;
  • Departament və şöbələrə gəlir və xərc büdcəsinin hazırlanmasında dəstək göstərilməsi;
  • Büdcənin icrasına nəzarət və fərqlərin təhlili;
  • Maliyyə modelləşdirilməsi;
  • İlin sonunda maliyyə proqnozlarının hazırlanması;
  • Proseslərin optimallaşdırılmasında iştirak;
  • Maliyyə departamentinin layihələrdə təmsil edilməsi

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 3 il
  • Xarici dillər: İngilis dili (səlis)
  • Kompüter bilikləri: “VBA for applications” , “Microsoft Office” proqramları
  • Lisenziya/ Sertifikat: ACCA və ya ekvivalent sertifikatlar
  • Digər: Beynəlxalq Maliyyə Hesabatlıq Standartların biliyi
  • Vaxtın səmərəli idarəedilməsi
  • Ünsiyyət və təqdimat bacarıqları