“Veysəloğlu” şirkətlər qrupu işçilər axtarır – VAKANSİYALAR

Veysəloğlu Şirkətlər Qrupu

KSM və Tədbirlərin təşkili üzrə Aparıcı Mütəxəssis

Son tarix 02 apr 2023 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Korporativ tədbirlər ilə bağlı təkliflər hazırlamaq və icra etmək;
  • KSM ilə bağlı layihələr hazırlamaq və icra etmək;
  • Şirkətə daxil olan sponsorluq müraciətlərini dəyərləndirmək və cavablandırmaq;
  • Həyata keçirilən KSM və sponsorluq fəaliyyəti haqqında kommunikasiya üçün məlumat hazırlamaq;
  • Həyata keçirilən tədbirlərin nəticələrini təhlil etmək.

Tələblər:

  • Təhsil: Ali (İctimaiyyətlə əlaqələr və marketinq üzrə arzuolunandır);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (ingilis dili və rus dili biliyi arzuolunandır);
  • Tədbirlərin təşkili qabiliyyəti;
  • Layihə idarəetmə bacarığı;
  • Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
  • Kreativlik və nəticə yönümlülük;
  • Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət, həmçinin dinləmə qabiliyyəti;
  • Kompüter bilikləri: Microsoft Office, Excel və PowerPoint.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “KSM və Tədbirlərin təşkili üzrə Aparıcı Mütəxəssis” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

PR Menecer

Son tarix 02 apr 2023 [email protected]

Vəzifə öhdəlikləri:

  • Şirkətin kommunikasiya strategiyasına əsasən tədbirlər planını hazırlamaq və icra etmək;
  • Veb sayt və digər onlayn kanallardan effektiv yararlanmaq (brendin tanınmasını artırmaq);
  • Media və və müxtəlif tərəfdaşlarla effektiv münasibətlər qurmaq və onları inkişaf etdirmək;
  • Mediaya təqdim ediləcək materiallar, həmçinin broşurlar, nəşrlər və hər növ tanıtım materiallarının mətnini hazırlamaq;
  • Həyata keçirilən PR tədbirlərinin nəticələrini təhlil etmək.

Tələblər:

  • Təhsil: Ali (İctimaiyyətlə əlaqələr, marketinq, jurnalistika və fililogiya üzrə arzuolunandır);
  • İş təcrübəsi: PR və ya Marketinq üzrə minimum 5 il;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (rus və ingilis dili biliyi üstünlükdür);
  • Sosial media və SEO bilikləri;
  • Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət, həmçinin dinləmə qabiliyyəti;
  • Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti;
  • Müxtəlif perspektivləri anlama və auditoriyaya uyğun cavablandırma bacarığı;
  • Vəziyyətə çevik reaksiya vermə və qərar vermə bacarığı;
  • Araşdırma və problem həll etmə qabiliyyəti;
  • Kompüter bilikləri: Microsoft Office, Excel və PowerPoint.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “PR Menecer” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

 

Debitorlar üzrə Şöbə Müdiri

Son tarix 28 mar 2023 [email protected]

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək .

İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)

Təhsil: Ali  iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili

Vəzifə öhdəlikləri:

  • Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
  • Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
  • Debitor borcların üzləşmələrinin aparılmasına nəzarət və rəhbərliyə dövri hesabatların təqdim edilməsi;
  • Müştərilərə vergi hesab fakturaların zamanında göndərilməsinin təmin edilməsi;
  • Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
  • Anbarda faktura nəzarəti komandasının işinə nəzarət və təkmilləşdirilməsinə dəstək vermək;
  • Debitor borcların müqavilə şərtlərinə uyğun zamanında ödənilməsinə nəzarət və iri müştərilər ilə müzakirələrin aparılması;
  • SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
  • Komanda üzvləri ilə bilik və təcrübənin paylaşıması və onların peşəkar inkişafına dəstək olmaq;
  • Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
  • Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.

Tələblər:

  • MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
  • Rus və inglis dili bilikləri üstünlükdür
  • Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
  • Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
  • Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
  • SAP proqramında işləmək bacarığı üstünlükdür.
  • ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
  • Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Debitorlar üzrə Şöbə müdiri” yazaraq ünvanına göndərmələri xahiş olunur.

 

Kreditorlar üzrə Şöbə Müdiri

Son tarix 28 mar 2023 [email protected]

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

İş təcrübəsi: müvafiq sahədə 2 il rəhbər vəzifədə iş təcrübəsi (distributor sektorunda təcrübəyə üstünlük verilir)

Təhsil: Ali  iqtisadi, maliyyə və ya mühasibatlıq təhsili

Vəzifə öhdəlikləri:

  • Şöbə daxilində işlərin və proseslərin düzgün, səmərəli, qaydalara və qanunvericiliyə uyğun təşkil edilməsinə nəzarət;
  • Xərclər, ticari və qeyri-ticari mal alışları, malların mədaxili ilə bağlı əməliyyatlarına və müvafiq işləri icra edən komandalara rəhbərlik
  • Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşləmərin düzgün həyata keçirilməsinə nəzarət;
  • Şirkətin ticari öhdəliklərinin zamanında və tam şəkildə tanınmasına, həmçinin ödənilməsinə nəzarət;
  • Ticari və qeyri-ticari borcların üzləşmələrinin şirkətin prosedurlarına uyğun şəkildə aparılmasının təmin edilməsi;
  • Kreditor borclar və onlara görə öhdəliklərin icra edilməsi ilə bağlı vergi əməliyyatlarının düzgün şəkildə həyata keçirilməsinə nəzarət;
  • Şirkətin maliyyə-uçot fəaliyyətində aktiv iştirak etmək və uçotun təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təklifləri irəli sürmək, icrasını təmin etmək;
  • SAP proqramında təkmilləşmələrin edilməsi və uçot proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak;
  • Komanda üzvləri ilə bilik və təcrübənin paylaşılması və onların peşəkar inkişafına dəstək olmaq;
  • Mühasibatlıq departamentinin ümumi işinin səmərəli qurulmasına dəstək vermək;
  • Uçot sənədlərinin zamanında və qaydalara uyğun şəkildə arxivləşdirilməsini təmin etmək.

Tələblər:

  • MS Office (xüsusilə Excel) biliklərinin yüksək səviyyədə olması
  • Orta səviyyədə rus dili biliyi (inglis dili biliyi üstünlükdür)
  • Vergi qanunvericiliyi sahəsində geniş biliklər və təcrübə
  • Dinamik iş mühitində və təzyiq altında işləmək istəyi və bacarığı
  • Orta və böyük ölçülü komandaların idarə edilməsində təcrübə
  • SAP proqramında işləmək bacarığı üstünlükdür.
  • ACCA və DipİFR sertifikatlarının olması üstünlükdür
  • Kiçik və/və ya orta miqyaslı bizneslərdə baş mühasib təcrübəsi arzuolunandır

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Kreditorlar üzrə Şöbə müdiri” yazaraq göndərmələri xahiş olunur.