“Huawei”, öz texnologiyalarını oğurlamaqda ittiham etdiyi “Xiaomi”ni məhkəməyə verib.
İndex.az xəbər verir ki ABŞ-ın təxminən 4 ildir tətbiq etdiyi sərt embarqolar səbəbiylə çətin dövr keçirən “Huawei”, başqa bir Çin texnologiya nəhəngi “Xiaomi”ni dörd patentini pozduğuna görə məhkəməyə verib.
Məlumata görə, mübahisəli dörd patentdən ikisi “4G/LTE” texnologiyasının icazəsiz istifadəsi ilə bağlıdır. Bundan əlavə, “Huawei” qarşı tərəfi panoramik təsvirin yaradılması metodundan istifadə etməkdə ittiham edir.
Dördüncü patent “Huawei” tərəfindən hazırlanmış smartfonun kilidini açmaq texnologiyasının pozulmasına aiddir. “Huawei” iddiasını sübut edə bilsə, “Xiaomi” böyük bir cərimə ödəməli ola bilər.