Ronaldonun oğlu “Əl-Nəsr” ilə ilk oyununda qollara doymadı – VİDEO

Kristiano Ronaldonun oğlu “Əl Nəsr”lə ilk matçında vurduğu qollarla atasının eynisi olduğunu bir daha sübut etdi.

Kristiano Ronaldo 2022-ci il dünya çempionatından sonra “Əl-Nəsr”lə müqavilə imzalamış, “Mançester Yunayted” akademiyasındakı oğlu isə onunla Səudiyyə Ərəbistanı komandasına qoşulmuşdu. Kristiano Ronaldo Jr. yanvar ayında “Əl-Nəsr”də debüt etdi və izləyiciləri heyran qoydu.

Ronaldonun oğlu ilk oyununda iki qol vurub. O, penalti zərbəsinə atası ilə eyni üslubda hazırlaşdığı diqqətdən qaçmadı. İkinci qolunda isə cərimə meydançasında olub və sol ayağı ilə küncə endirdiyi zərbə onun istedadını bir daha göstərib.

Beləliklə, Ronaldo Junior “Əl-Nəsr”də ilk matçında göz qamaşdırdı. Onun qol görüntüləri çoxları tərəfindən paylaşıldı.