Sabah “Azəriqaz”da növbəti görüş olacaq

“Azəriqaz” İstehsalat Birliyində media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, “Azəriqaz”ın inzibati binasında növbəti “Açıq qapı” aksiyası 3 mart saat 11:00-da başlayacaq.

Aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.