Putin “gizli sevgilisi” üçün 120 milyon dollarlıq daşınmaz əmlak imperiyası yaradıb

Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevaya müxtəlif villalar və mənzillər almaq üçün milyonlarla dollar xərclədiyi iddia edilib.

İndex.az müxalif “The Projekt” xəbər saytına istinadən xəbər verir ki, Krasnodar diyarının Soçi şəhərində 2600 kvadratmetrlik 20 otaqlı villa üçün 3,2 milyon dollar ödənilib.

Xəbərdə evin 2011-ci ildə Putinə yaxın iş adamlarından Oleq Rudnov tərəfindən alındığı və ilkin qiymətinin 15 milyon dollar olduğu iddia edilib.

Həmçinin bildirilir ki, villada kinoteatr, hovuz, helikopter meydançası və spa sahəsi var.

Putinin “gizli sevgilisi” kimi tanınan 39 yaşlı keçmiş olimpiya gimnastı Kabayevaya məxsus digər mülklərin də idmançının nənəsi Anna Zatsepilina və digər qohumlarının adına rəsmiləşdirildiyi iddia edilir.

Bu yolla ən azı 23 mülkün müəyyən edildiyi və onların ümumi dəyərinin təxminən 120 milyon dollar olduğu iddia edilir.