
Acun Ilıcalı “Omuz Omuza” kampaniyasına dəstək verən PSJ-nin ulduzu Kilian Mbappedən canlı yayında söz alıb.
İndex.az xəbər verir ki, PSJ-nin ulduzu Kylain Mbappe “Omuz Omuza” kampaniyası üçün canlı yayıma qoşulub. Türkiyəyə dəstək mesajı verən Mbappe, “Bu proqrama qatılaraq bu proqramın bir parçası olmaqdan qürur duyuram. Əlimdə olan bütün imkanlardan istifadə edəcəyəm” deyib.
Acun Ilıcalı isə Kilian Mbappedən söz alıb: “Ümid edirəm ki, gələcəkdə türklərlə görüşmək şansınız olacaq. Təbii ki, komandamıza qol vurmamaq şərti ilə”. Fransalı hücumçu Acun Ilıcalının bu istəyinə təbəssümlə cavab verib.
Kylian Mbappe canlı yayımı tərk etdikdən sonra “Twitter” hesabında Türkiyə bayrağı və əsgər emojisi paylaşıb.
http://
Acun Ilıcalı: “İnşallah ileride Türk insanıyla buluşma şansın olur. Tabii ki bizim bir takımımıza gol atmamak kaydıyla.
Kylian Mbappe: “😀👍👍” pic.twitter.com/OgFWTKTebu
— Ajansspor (@ajansspor) March 1, 2023