İlon Mask, NASA-nın “Crew-6” ekipajını kosmosa aparır

İlon Mask tərəfindən qurulan “SpaceX”, NASA-nın “Crew-6” missiyası ilə 4 astronavtı “Beynəlxalq Kosmik Stansiya”ya daşıyacaq.

İndex.az xəbər verir ki, “SpaceX”in “Dragon” kosmos kapsulunun istehsalına cavabdeh olan “SpaceX” Kosmos Texniki Türk mühəndisi Səməd Saray bildirib ki, “Beynəlxalq Kosmik Stansiya”ya göndəriləcək 4 ekipaj üzvü ürək, beyin və qığırdaq funksiyaları ilə bağlı araşdırmalar aparacaq.

Bununla yanaşı astronavtların stansiyada toxuma çipləri araşdırması, materialların mikroqravitasiyada necə yanması kimi tibbi müalicələr, araşdırmalar və kosmos kəşfiyyatı missiyaları həyata keçirəcəklər.

Fevralın 27-nə planlaşdırılan buraxılış yer sistemlərində bəzi texniki problemlərə görə martın 2-nə təxirə salınıb.