“Nissan” zəlzələdən zərər çəkənlərə yardımını davam etdirir

Zəlzələdən sonra yaraların sağalması üçün davamlı dəstək vacibdir. Bu çərçivədə nəhəng istehsalçı “Nissan” zəlzələ yardımını genişləndirir.

İndex.az xəbər verir ki, “Nissan Türkiyə”dən bu mövzuda edilən açıqlama belə oldu:

“Türkiyəyə dərindən təsir edən zəlzələdən sonra vətəndaşlarımıza dəstək olmaq üçün 1 milyon avroya qədər yardım paketi ayıran “Nissan”, fəlakətdən xilasetmə işlərinə dəstəyini qabaqcıl bir təşkilatla genişləndirir. “Nissan Türkiyə” və onun dilerləri AFAD, AHBAP, AKUT və ya Kızılay-a 20 min TL bağış edəcək müştərilərinə “Nissan” səlahiyyətli dilerlərinə ianə qəbzlərini təqdim etsələr, bu məbləğ alacaqları avtomobilin tövsiyə olunan açar təslim qiymətindən çıxılacaq. Bu proqram vasitəsilə “Nissan Türkiyə” öz müştəriləri və dilerləri ilə zəlzələdən sonra dəstəyini genişləndirmək, o cümlədən zəlzələdən zərər çəkmiş bölgələrə təcili ərzaq və geyim ləvazimatları göndərmək üçün işləyir.