Almaniya və İtaliya Aİ-nin avtomobillərlə bağlı bu qadağasına qarşı çıxdı

Almaniya və İtaliya 2035-ci ildən Avropa İttifaqında (Aİ) daxili yanma mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi cəhdinə qarşı çıxıblar.

İndex.az xəbər verir ki, Almaniyanın nəqliyyat naziri Volker Wissing ölkəsinin 2035-ci ildən etibarən Aİ ölkələrində satılacaq bütün yeni avtomobillərin və daxili yanma mühərrikli yüngül kommersiya avtomobillərin qadağan edilməsi planını dəstəkləməyəcəyini açıqlayıb.

Avropanın ən mühüm avtomobil istehsalçılarından biri olan İtaliyanın energetika naziri Gilberto Pichetto Fratin də ölkəsinin 12 ildən sonra Avropada yeni benzin və dizel avtomobillərinin satışının qadağan edilməsi planının əleyhinə səs verəcəyini bildirib.