Kraldan Şahzadə Harri və həyat yoldaşı Meqana EV CƏZASI

Britaniya kral ailəsindəki rəsmi vəzifələrini tərk edən Sasseks hersoqu Harri və hersoginya Meqanın Britaniya kral ailəsinin Vindzordakı malikanəsindəki evlərindən çıxarılacağı bildirilib.

İndex.az xəbər verir ki, İngiltərədə cütlüyün sahib olduğu yeganə ev olan “Frogmore Cottage”, sentyabr ayında vəfat edən Kraliça II Yelizaveta tərəfindən 2018-ci ildə cütlüyə toy hədiyyəsi olaraq verilmişdi.

Cütlüyün evə köçməzdən əvvəl evi təmir etmək üçün təxminən 2,4 milyard funt sterlinq xərclədiyi bildirilir.

Britaniyanın “The Sun” və “The Daily Telegraph” qəzetlərində dərc olunan xəbərlərə görə, Harri və Meqana şahzadənin “Spare” (Ehtiyat) adlı xatirə kitabı yanvar ayında dərc edildikdən bir neçə gün sonra mülkü boşaltmaları söylənilib.

Qeyd edək ki, Harry və Meghan 2020-ci ildə kral həyatından hadisəli şəkildə ayrıldıqdan sonra Kaliforniyaya köçdülər. O vaxtdan bəri Oprah Winfrey ilə müsahibədən tutmuş “Netflix” sənədli filminə qədər bir sıra layihələrdə iştirak edən cütlük Britaniya kral ailəsinin üzvləri kimi yaşadıqları təcrübələrlə bağlı şikayətlərini tez-tez dilə gətirirdilər.

Harrinin tərcümeyi-halı “Spare” yanvar ayında işıq üzü görən zaman satış rekordları qırdı, lakin kitab çıxandan sonra cütlüyün populyarlığı kəskin şəkildə aşağı düşmüş kimi görünür.