Mbappe də Türkiyəyə dəstək oldu

Futbolçuların zəlzələ qurbanları üçün təşkil etdiyi “Omuz Omuza” kampaniyasına məşhur fransız futbolçu Kilian Mbappe də qatılıb.

İndex.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının 80 milyon lirəlik ianə ilə açdığı kampaniya üçün Acun Ilıcalının təqdim etdiyi televiziya proqramına bağlanan fransız futbolçu “Kampaniyanın bir parçası olmaqdan qürur duyuram” deyib.

“Paris Saint-Germain”in ulduz futbolçusu Türkiyədə çox böyük bir faciənin yaşandığını vurğulayaraq, “Nə olduğunu təxmin etməkdə belə çətinlik çəkirəm. Futbol dünyası bir araya gəlib Türkiyəyə dəstək verəcək. Mən də bunun bir parçası olduğum üçün fəxr edirəm.Uşaqların xəyalları mənim üçün çox önəmlidir. Onlara kömək etmək üçün imkanlarımdan istifadə edəcəyəm. Türkiyə üçün hər şey çox daha yaxşı olacaq” dedi.

Fransız futbolçu sosial media hesabında Türkiyə bayrağı da paylaşıb.