“Kapital Bank” 4 nominasiyada qalib oldu

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən ənənəvi “Bankçılıq Mükafatları –2022” mükafatının qalibləri müəyyən olunub və “Kapital Bank” 4 nominasiya üzrə qalib olaraq mükafatlar qazanıb.

“Kapital Bank” 2022-ci il üzrə “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri” və “Elektron Bankçılıq” nominasiyalarının qalibi olub.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.