Bank of Baku
Bazar əməliyyatları şöbəsinin rəhbəri
Son tarix 28 mar 2023 – [email protected]
Tələblər:
- Təhsil səviyyəsi – Ali (İqtisadi)
- İş təcrübəsi – Min 3 il
- Dil bilikləri – Rus və ingilis dilləri – əla
- MS Ofis – əla
Vəzifə və öhdəliklər:
- Gündəlik bankdaxili nağd və nağdsız əməliyyatlar üzrə məzənnələrin təyin edilməsinə nəzarət etmək
- Bankın maraqlarından çıxış edərək valyuta bazarlarında kredit və dilinq əməliyyatları üzrə əqdlərin bağlanmasına nəzarət etmək
- Bankın maraqlarından çıxış edərək qiymətli kağızlar bazarında əqdlərin bağlanması üçün broker şirkətinə sifariş vermək
- İnvestisiya portfelini idarə etmək
- Maliyyə bazarları üzrə təhlilləri aparmaq və proqnozları hazırlamaq
- Bankın cari, qısamüddətli və uzunmüddətli likvidliyinin təmin edilməsinə nəzarət etmək
- Bankın Açıq Valyuta Mövqelərinə nəzarət etmək və valyuta risklərini proqnozlaşdırmaq
Müraciət etmək istəyən namizədlər bankımızın saytındakı vakansiya bölməsində “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində ” Bazar əməliyyatları şöbəsinin rəhbəri” qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.