
1973-cü ildə ilk cib telefonunu icad edən Marti Kuper gələcəkdə cib telefonlarının necə olacağı haqqında danışıb.
İndex.az xəbər verir ki, Barselonada keçirilən Mobil Dünya Konqresində iştirak edən Kuperin sözlərinə görə, gələcəkdə telefonlar adət etdiyimiz qara düzbucaqlı lövhələr əvəzinə dərimizə inteqrasiya olunmuş cihazlara çevriləcək.
Kuper bildirib ki, insan orqanizmi əla şarj cihazıdır və bu cür dərialtı cihazları doldurmaq üçün bizə ancaq yemək lazımdır:
“Siz yeyirsiniz, vücudunuz enerji istehsal edir. Belə qulaqlıqları idarə etmək üçün isə çox az enerji tələb olunur”.
Kuperin fikrincə gələcəkdə insan orqanizmini mikroçiplər və sensorlarla təhciz olunacaq. O buna misal olaraq İlon Maskın “Neuralink” şirkəti kimi bir neçə startapları göstərərək kompüterləri insan beyni ilə birləşdirməyi hədəfləyən texnologiyaların yaradılacağından danışıb:
“İnsan orqanizmi fiziki və bioloji cəhətdən texnologiya ilə birləşməyə doğru irəliləyir”.