Qızılın qiyməti yüksəlməyə başladı

Fevral ayını aşağı göstəricilərlə bağlayan qızılın qiyməti yenidən yüksəlməyə başlayıb.

İndex.az xəbər verir ki, FED-in yüksək inflyasiya görə uçot dərəcəsini artırmağa davam edəcəyi gözləntiləri, qızılın qiymətini bu həftənin ən yüksək səviyyəsinə qaldırdı.

Belə ki, qızıl bu səhər 0,3% bahalaşaraq bir unsiyasının qiyməti 1.833 dollara çatıb.

Qızıl FED-in inflyasiyanı idarə etmək üçün uzun müddət faiz artıracağı gözləntiləri ilə fevral ayını 5.3% azalma ilə tamamlamışdı. Bu, 2021-ci ilin iyun ayından bəri ən pis aylıq göstərici idi.