
“Mərkəzi banklar pul siyasəti üçün addımlar atarkən diqqəti maliyyə bazarlarında baş verənlərə deyil, iqtisadiyyatda baş verənlərə yönəltməlidirlər”.
İndex.az xəbər verir ki, bunu keçən ay vəzifəyə başlayan FED-in Çikaqo üzrə sədri Austin Qolsbi söyləyib.
Qolsbinin sözlərinə görə, iqtisadi məlumatların gecikmə ilə gəldiyi bir mühitdə mərkəzi bankların investorların xəbərlərə ani reaksiyalarına əsaslanaraq qərar verməyi düzgün deyil:
“Bazar reaksiyalarına həddən artıq etibar etmək siyasətçilər üçün təhlükəlidir. Bizim işimiz real iqtisadiyyatda baş verənlərə əsaslanaraq qərarlar qəbul etməkdir”.