ABŞ-ın aktivlərinə görə ən böyük bankı “JPMorgan” (JPM) Rusiya rublundan tamamilə çıxıb.
İndex.az xəbər verir ki, bu barədə “Reuter”s banka istinadən xəbər verir.
Buna da bax: Mikayıl Cabbarov: “Vergi məbləği 4 dəfə artıb”
2,6 trilyon dollar müştəri pulunu idarə edən JPM, Ukrayna ilə sərhəddə Rusiya qüvvələrinin yığılması ilə əlaqədar gözlənilməz riskləri əsas gətirərək, yanvarın 24-ü bazar ertəsi günü Rusiya valyutasında qalan bütün mövqelərini bağlayıb.
2021-ci ilin yayında JPM, Dollar/Rubl məzənnəsinin 2022-ci ilin iyununa qədər 71-ə qədər möhkəmlənməsini gözləyirdi. Bank Rusiya iqtisadiyyatının əmtəə qiymətlərinin yüksəlməsindən əldə etdiyi faydaları qeyd etmişdi.
Altı ay sonra dollar 79 rubldan yuxarı qalxanda, avro isə az qala 90 həddini aşanda JP Morgan rublla investisiyalardan zərər etdiyini etiraf etmişdi: “Biz bütün qalan uzun rubl mövqelərimizi zərərlə bağlayırıq”.
Mənbə – Marja