Şəxsi Məlumatların Mühafizəsi Şurası uşaqların şəxsi məlumatlarını nümayiş etdirdiyi və icazəsiz məlumat topladığı üçün “TikTok”u 1 milyon 750 min lirə cərimələyib.
İndex.az Quruma istinadən xəbər verir ki, “TikTok”un 2021-ci ilin yanvar ayında Məxfilik Siyasəti yeniləməsindən əvvəl, 13 və daha aşağı yaşda olan uşaqların profillərinə hər kəs tərəfindən baxıla biləcəyi, şəxsi məlumatlara baxıldığı və məlumatların valideynlərin razılığı olmadan toplandığı qeyd edildi.
“TikTok”un hansı məlumatları və hansı məqsədlə emal etdiyini açıq şəkildə göstərmədiyi vurğulanıb. Tətbiqdən istifadə etmək üçün qəbul edilməli olan Xidmət Şərtlərinin (İstifadə Şərtləri) mətninin türkcəyə çevrilmədiyi və buna görə də istifadəçilərin şərtləri anlamadan qəbul etdikləri bildirilib.
KVKK-nın verdiyi açıqlamaya görə, 1 milyon 750 min TL cəriməyə əlavə olaraq, TikTok-un bir ay ərzində Xidmət Şərtlərini türk dilinə çevirməli, Məxfilik Siyasəti mətnlərini üç ay ərzində Qanuna uyğunlaşdırmağa qərar verildi.