
“Palmeiras”ın 22 yaşlı yarımmüdafiəçisi Qabriel Menino bildirib ki, o, Kristiano Ronaldonun pəhrizinə əməl etdiyini, lakin işlərin yaxşı getmədiyini bildirib.
İndex.az xəbər verir ki, gənc futbolçu açıqlamasında bunları deyib:
“Həmişə eyni çəkidə olmuşam, bir az daha arıqlamaq və daha çox əzələli olmaq istəyirdim. Klubumun dietoloqu Mirtes Sancanelli ilə danışdım. Kristiano Ronaldonun pəhrizinə riayət etmək istədiyimi dedim.
Pəhriz saxlamağa başladım. Pəhrizdə səhər yeməyi üçün 1 yumurta və qida əlavəsi, məşqdən əvvəl qida əlavəsi, balıq və salat vardı, günortadan sonra qəlyanaltı üçün qida əlavəsi, axşam yeməyi üçün balıq və salat və yatmazdan əvvəl daha çox qida əlavələri qəbul etdim.
Oyuna start 11-də başlayacaqdım, çox istəkli idim. Matçdan əvvəl isinmə hərəkətlərinə getdim. 5 dəqiqədən sonra daha qaça bilməyəcəyimi anladım. “Öləcəm” dedim. Dözə bilmədim, yerə yıxıldım. Məşqçimə dedim ki, oynaya bilmərəm, məni başqa oyunçu ilə dəyişdirsin”.