
İtaliyan mafia liderinin ciddi rejimli həbsxanadan qaçması sosial mediada yayılıb.
İndex.az xəbər verir ki, 40 yaşlı Marko Raduano cümə günü Sardiniyadakı “Badu’e Carros” həbsxanasından qaçıb. Təhlükəsizlik kameralarına əks olunan hadisə sosial şəbəkədə geniş yayılıb.
Videoda idman şalvarında olan mafya liderinin düyünlü çarşablardan hazırlanmış kəndirlə iki mərtəbədən aşağı tullanaraq aşağıda otların üzərinə yıxıldığını görmək olar.
Daha sonra Raduano həbsxananın xarici divarına qaçır, divara dırmaşır və kiçik Nuro şəhərinə gedən yolda gözdən itir. Qaçış heyət çatışmazlığı səbəbindən iki saat ərzində aşkar edilməyib.
Bu hadisə həbsxanaların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Qeyd edək ki, həbsxanada kadr çatışmazlığından istifadə edən Raudano narkotik alverinə görə 18 il həbs cəzası çəkirdi.
Caccia all’uomo in Sardegna all’indomani dall’evasione di Marco Raduano, boss della Sacra Corona Unita che scontava l’ergastolo nel braccio di massima sicurezza di Badu ‘e Carros, a Nuoro. #ANSAhttps://t.co/WVcYT2Vx8a
— Agenzia ANSA (@Agenzia_Ansa) February 25, 2023