BP iki böyük qaz yatağını “Eni”yə satır

İtaliyanın “Eni” enerji şirkəti BP-nin Əlcəzairdəki qaz yataqlarının alır.

İndex.az xəbər verir ki, İtaliyanın enerji şirkəti “Eni” Britaniyanın enerji şirkəti BP-nin Əlcəzairdə iki böyük qaz yatağı olan “İn Amenas” və “İn Salah” yataqlarının istismarını alması prosesini başa çatdırıb.

Qeyd olunub ki, satınalma əməliyyatı Əlcəzairin və Beynəlxalq Müsabiqə Şəbəkəsinin razılığı ilə həyata keçirilib.

Açıqlamada “Eni”nin 1981-ci ildən Əlcəzairdə fəaliyyət göstərdiyi bildirilib.

Bununla yanaşı, “Berkine” hövzəsində davam edən inkişaf proqramlarından sonra “Eni”nin Əlcəzairdəki hasilatının gündə təxminən 130.000 barel neft ekvivalentinə çatdıracaq. Bu isə şirkətin ölkədəki əsas beynəlxalq enerji şirkəti kimi mövqeyini təsdiqləyir.