BMW hidrogen yanacağı ilə işləyən avtomobilini elan etdi

Alman avtomobil nəhəngi BMW hidrogen yanacaqla işləyən modelini yollara çıxarmağa hazırlaşır.

İndex.az xəbər verir ki, BMW Qrupu pilot parkında ilk hidrogen avtomobilini elan etdi. “BMW iX5 Hydrogen” adlanan yeni model sıfırdan yüzə qədər sürətlənmə vaxtı və güclü mühərriki ilə diqqət çəkir.

“BMW iX5 Hydrogen”in əsas elementlərindən biri onun tamamilə hidrogen yanacağı ilə işləməsidir. BMW-nin açıqlamasına görə, hidrogen yanacaq sistemi çox güclü 295 kVt/401 at gücü hasil edir. Yanacaq elementini gücləndirmək üçün lazım olan hidrogen, karbon lifi ilə gücləndirilmiş plastikdən (CFRP) hazırlanmış iki çəndə saxlanılacaq.