“Azərpambıq”ın ixracdan qazancı 37% azalıb

2023-ci ilin yanvar ayında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İndex.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir.

2022-ci ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 3.5 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 1.3 milyon dollar və ya 37% azdır.