Zəlzələyə görə İstanbuldan 1,5 milyon ev köçürüləcək

Türkiyə hakimiyyəti İstanbulda zəlzələ zamanı uçmaq təhlükəsi ilə üzləşən 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə Türkiyə ekologiya və şəhərsalma naziri Murat Kurum məlumat verib.

“İstanbulda 1,5 milyon evin sakinlərini həm Anadolu, həm də Avropa hissəsində iki xüsusi qorunan zonaya köçürəcəyik. Yeni zəlzələlər zamanı sənaye zonalarında binaların gücləndirilməsi də nəzərdə tutulur”, – deyə o bildirib.