
Ukraynanın ianə üçün açdığı kripto pul hesabına yardımlar gəlməkdə davam edir.
İndex.az xəbər verir ki, “Chainalysis” məlumatlarına görə, Rusiya ilə müharibə başlayandan bəri Ukraynaya kripto ianələrin ümumi məbləği 70 milyon dolları keçib.
Məlumatda qeyd olunur ki, ianələrin əksəriyyəti “Ethereum” ilə edilib.
Ukraynaya “Ethereum” ianələri 28,9 milyon dollar, “Bitcoin” və “Tether” ianələri isə müvafiq olaraq 22,8 milyon və 11,6 milyon dollar təşkil edib.
İanələrin bir hissəsi “UkraineDAO” tərəfindən təşkil edilən 6,1 milyon dollarlıq NFT hərracları vasitəsilə edilib.
Bununla yanaşı, Kahramanmaraşda baş verən zəlzələdən sonra Türkiyəyə 130 milyon dollara yaxın kripto ianə edilib.