Bu gün banklar 102 milyon dollar aldı – HƏRRAC

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az xəbər verir ki, hərracda tələb 102,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xatırladaq ki, 21 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 99,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

Həmçinin, 06 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında satış 114,1 milyon ABŞ dolları, 11 Yanavr 2022-ci il tarixində 113,1 milyon ABŞ dolları, 13 Yanvar 2022-ci il tarixində 96,9 milyon ABŞ dolları, 18 Yanvar 2022-ci il tarixində 116,4 milyon ABŞ dolları təşkil etmişdi.

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 6 valyuta hərracında banklara 642,7 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.