Marie Rose Balter 1930-cu ildə subay və alkoqolik bir qadının övladı olaraq anadan olub. Anası uşağa baxa bilmir və 5 yaşı olanda onu yataqxanaya verir. Daha sonra Marie bir cütlük tərəfindən övladlığa götürülür. Onun yeni ailəsi sadist valideynlər olub və Marie illərlə işgəncələrə məruz qalaraq zirzəmiyə qapanaraq böyüyür.
Sadist cütlüyün yaxşı və hörmətli bir ailə profili olub, buna görə də heç kim onlardan şübhələnməyib. İllərin işgəncəsinə dözə bilməyən Marie 17 yaşında insult keçirib və hallüsinasiyalar görməyə başlayıb. Həkimlər tərəfindən şizofreniya diaqnozu qoyulan Marie həyatının 17 ilini ruhi xəstəxanada keçirir və 34 yaşı tamam olanda xəstəxanadakı həkimlər gənc qadına səhv diaqnoz qoyulduğunu və boş yerə illərlə şizofreniya xəstəliyindən müalicə aldığını başa düşürlər. Onun şizofreniya xəstəsi olmadığı, ağır depressiyadan əziyyət çəkdiyi anlaşılır.
Ruhi xəstəxanada yaşamaq məcburiyyətində olmadığını öyrənən Marie Roseun iki yolu var idi. Gənc qadın ya ömrünün sonuna kimi dövlət qayğısında yaşayacaq, ya da öz həyatını qurmaq üçün mübarizə aparacaqdı. Balter intiqam almaq və onu bu hala salanları məhkəməyə vermək əvəzinə yeni həyata başlamaq qərarına gəlir və keçmişini bir kənara qoyur. Bunun mümkün olmadığı deyilsə də, təhsil həyatına başlayır və Salem Universitetinin Psixiatriya fakültəsini qazanır. Bu dəfə xərçəngə tutulur. lakin bu xəstəliyə də qalib gəlir.
Daha sonra Marie kollecdə tanış olduğu Co ilə evlənir, lakin 6 ildən sonra ərini itirir. Təhsilini başa vurduqdan və bir çox xəstəxanalarda işlədikdən sonra 58 yaşında 17 ilini keçirdiyi “Danvers Dövlət Ruhi Xəstəxanası”na müdir təyin edilir. O, bir vaxtlar xəstə olduğu ruhi xəstəxananın müdiri olur və bu gün burada məqalənin mövzusu olan aşağıdakı sözləri deyir:
“Bağışlamağı öyrənməsəydim, bir damla belə inkişaf edə bilməzdim. Mənim həyatım boşa keçən bir həyat olardı, və bu gün müdir kimi bu xəstəxanaya qayıda bilməzdim. Ən uzun yol beynimizdən ürəyimizə doğrudur. Bağışlamaq bu yolun ən qısa yoludur. Bağışlanma tələb edən hər bir yara mühüm bir dərs ehtiva edir. Dərsi görmək üçün yaranı yenidən qazmaqla üzləşməli olsaq belə”.