“Azsığorta” “BakuBus”ı məhkəməyə verdi

“Azsığorta” ASC “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

İndex.az xəbər verir ki, “Azsığorta” ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

“Azsığorta” ilə “BakuBus” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi açıqlanmayıb.

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 007 000 milyon manatdır və qanuni təmsilçisi Yusif Soltanovdur.