
ABŞ cəbhəsinin “Binance” birjasına qarşı hər tərəfli mübarizəsi davam edir.
İndex.az xəbər verir ki, “Coinbase”, listinq standartlarına cavab vermədiyi üçün martın 13-dən etibarən BUSD ilə ticarəti dayandıracağını açıqladı.
Qərar “Coinbase”, “Coinbase Pro” və “Coinbase Prime” platformalarında keçərli olacaq olacaq.
16 milyard dollarlıq bazar dəyəri ilə BUSD vahidi USDT və USDC-dən sonra üçüncü yerdədir.
Bir çox birjalarda siyahıya alınıb və “Binance” birjasının əsas sabit valyutası olduğu üçün çox istifadə olunur. Həmçinin, “Binance” birjasından BUSD çıxarılması üçün heç bir komissiya tutulmur.
Xəbərlə birlikdə “Bitcoin”in qiyməti 23800 dollardan 23100 dollara düşüb və pis xəbər təbii olaraq investorların qaçmasına səbəb olub.