
Dünən regiondakı əsas iqtisadi məlumatlar açıqlandıqdan sonra Asiya-Sakit Okean bazarlarındakı səhmlər yüksəldi.
İndex.az xəbər verir ki, Honkonqun “Hang Seng” indeksi 0,45% artdığı halda, “Hang Seng Tech” indeksi 0,5% ucuzlaşıb.
Çində “Shenzhen Compound” 0,2% yüksəlib.
Batareya materialı istehsalçısı “L&F” “Tesla” ilə müqavilə bağladıqdan sonra Cənubi Koreyada “Kospi” 0,94%, “Kosdaq” isə 1,26% bahalaşıb.
Yanvar ayında pərakəndə satışlar dekabra nəzərən 1,9% artaraq 1,5% artım gözləntilərini üstələdiyindən Avstraliyada “S&P/ASX 200” indeksinin dəyəri 0,47% artıb.
Hindistan 2022-ci ilin dördüncü rübü üçün ümumi daxili məhsulunu bu gün açıqlayacaq və 4,6% artım göstərəcəyi gözlənilir.