“Morgan Stanley”dən narahat edən PROQNOZ

“Morgan Stanley” strateqləri mart ayında ABŞ fond bazarları üçün risklərin artacağına bildiriblər.

İndex.az xəbər verir ki, “Morgan Stanley” strateqlərinin fikrincə, aşağı gəlirlər və yüksək qiymətlərə görə ABŞ-ın səhm bazarları üçün problemlər mart ayında daha da artacaq.

“Morgan Stanley” strateqi Maykıl Uilson sözlərinə görə mart ayı səhmlərin növbəti dəfə dəyərdən düşməsi üçün çox riskli aydır.

İnflyasiya məlumatlarına görə Fed-in dərəcələri daha da artıracağına dair narahatlıqlar səbəbindən “S&P 500” ardıcıl üçüncü həftədədir ki, ucuzlaşır.