Şirkətlər öz işçilərini süni intellektlə əvəz etməyə başlayır

Şirkətlər artıq “OpenAI” tərəfindən hazırlanmış “ChatGPT” çatbotundan istifadə etməyə başlayıblar.

İndex.az xəbər verir ki, bu ayın əvvəlində “Resumebuilder.com” biznes məsləhət platforması “ChatGPT”dən istifadə edən və ya istifadə etməyi planlaşdıran 1000 biznes lideri arasında keçirdiyi sorğuda məlum olub ki, şirkətlərin demək olar ki, yarısı cçatbotdan istifadə edir.

Məlumata görə, şirkətlər artıq “ChatGPT”dən kod yazmaq, məzmun yaratmaq, müştəri dəstəyi və görüş kimi sahələrdə tez-tez istifadə edirlər.

“ChatGPT”dən istifadə edən şirkətlərin 77%-i iş təsvirlərinin yazılmasında, 66%-i müsahibə sorğularının hazırlanmasında və 65%-i ərizələrə cavab vermək üçün istifadə etdiklərini deyirlər.

Bundan əlavə, “ChatGPT”nin istifadəsi üçün iqtisadi modellər də inkişaf edir. “ChatGPT”dən istifadə edən şirkətlərin 48%-i 50.000 dollardan çox, 11%-i isə 100.000 dollardan çox qənaət etdiklərini bildiriblər.