Qızıl inflyasiyanın təsirindən qurtula bilmir

Qızıl iki həftə ard-arda ucuzlaşdıqdan sonra cümə günü ABŞ-da açıqlanan inflyasiya məlumatları yenidən dalğalanmalara yol açdı.

İndex.az xəbər verir ki, FED-in inflyasiyaya qarşı sərtləşdirmiş siyasətini yumşaldacağına dair gözləntilər artdığı üçün qızıl qiymətləri dalğalanır.

Qızıl qiymətləri bu ayın əvvəlində 2022-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə çatmışdı.

İnflyasiyanın yanvar ayında sürətlənməsi uçot dərəcələrinin artırılmasına gətirib çıxartdı.

ABŞ-ın maliyyə naziri Janet Yellen şənbə günü verdiyi müsahibədə inflyasiya ilə mübarizənin hələ bitmədiyini bildirib. Bu isə inflyasiyanın mənfi təsir etdiyi qızılı daha da dəyərdən sala bilər

Qeyd edək ki, qızıl unsiyası hazırda 1,808 dollara satılır.