Artıq avtomobili açmaq üçün açara ehtiyac qalmayacaq

“Oppo”, “OnePlus” və “Vivo” bu yaxınlarda öz avtomobil açarı tətbiqlərini elan etdilər. İndi növbə “Xiaomi”dədir. Çin istehsalçısı avtomobil açarı tətbiqi üçün BMW ilə işləməyə başladıqlarını açıqladı.

Ağıllı telefonlar vasitəsilə istifadə edilən rəqəmsal açarlar avtomobillərin qapılarını açıb bağlamaqdan başqa bəzi modelləri işə salmaq üçün istifadə edilə bilər. Bu proqram avtomobilinizi bir şəxsə etibar etmək üçün çox faydalı bir yol kimi diqqəti cəlb edir.

Yeni hazırlanmış rəqəmsal açarlar sayəsində avtomobilin fiziki açarını vermək məcburiyyətində deyilsiniz. Rəqəmsal açarlar istədiyiniz şəxslə paylaşıla bildiyi üçün insanların görüşməsinə ehtiyac qalmır. Bu sayədə istifadəçilər avtomobillərinin açarlarını yanlarında daşımaq məcburiyyətində qalmırlar. Digər tərəfdən, avtomobilin açarlarının itirilməsi kimi problemlər də aradan qaldırılır.