“Berkshire”ın əməliyyat gəlirləri dördüncü rübdə azalıb

“Berkshire Hathaway”in dördüncü rübündəki əməliyyat gəlirləri azalıb.

İndex.az xəbər verir ki,  “Berkshire Hathaway”in əməliyyat gəlirləri dördüncü rübdə holdinqin bizneslərinə inflyasiya təzyiqləri səbəbindən 8% azalıb və pul axını təxminən 130 milyard dollara yüksəlib.

Şənbə günü yayımlanan açıqlamaya görə, “Berkshire Hathaway”in 2022-ci ilin dördüncü rübündə əməliyyat gəlirləri 6,7 milyard dollar təşkil edib. Bu, 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 7,9% azdır. Qeyd edək ki, “Berkshire Hathaway”in 2021-ci ilin son rübündə əməliyyat gəlirləri 7,3 milyard dollar olub.

“Berkshire”in dəmir yolu, kommunal xidmətlər və enerji müəssisələrindən əldə etdiyi gəlir 2022-ci ilin dördüncü rübündə əvvəlki ilə nisbətən azalaraq 2,2 milyard dollar təşkil edib.

Bununla yanaşı, şirkəti sığorta biznesindən 2021-ci ilin son rübündə 372 milyon dollar gəlir əldə etdiyi halda, 2022-ci ilin dördüncü rübündə bu gəlir 244 milyon dollara düşüb.