Qərb dünyasının Çindən asılılığını azaltmaq üçün texnologiya şirkətlərinə təzyiqlər davam edərkən, bu mənada əhəmiyyətli bir addım “Nokia” markasından gəldi. Şirkət Avropada istehsal edən ilk böyük smartfon istehsalçısı olacaq.
“Nokia” markasının sahibi “HMD Global”, ilin üçüncü rübündən etibarən “5G Nokia” telefonlarının istehsalını mərhələli şəkildə Avropaya daşıyacağını açıqladı.
“Nokia” telefonlarının təhlükəsizliyini və məxfiliyini təmin etmək üzərində də çalışan “HMD Global” 2019-cu ildən bəri Finlandiyada məlumat mərkəzlərini yerləşdirir. Şirkət istehsal və sınaqla bağlı Avropa Birliyinin ciddi qaydalarına əməl edəcəyini bildirir.