“Azersun Holding” işçilər axtarır – VAKANSİYALAR

Azersun Holding

Əsas vəsaitlər üzrə kiçik mütəxəssis (Kürdəmir)

Son tarix 18 mar 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Microsoft Office proqramlarından anlayışlı olmalı;
  • İlkin mühasibatlıq uçotu biliklərinə sahib olmalı;
  • Barkodlama əməliyyatlarını edə bilməli;
  • Diqqətli olmalı;

İş haqqında:

  • İnventarların uçotu və amortizasiyasının təqibi;
  • İnventarların yerdəyişməsi prosesinin təşkili ;
  • İstifadə müddətini başa vurmuş inventarların adidiyyatı üzrə təhvil verilməsi ;
  • Edilən işlərlə bağlı hesabatların verilməsi.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00

İş yeri:

  • Kürdəmir. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Əsas vəsaitlər üzrə kiçik mütəxəssis (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur

 

İnsan resursları üzrə kiçik mütəxəssis (Biləsuvar)

Son tarix 18 mar 2023 [email protected]

Tələblər:

  • İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
  • MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
  • AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
  • Miqrasiya məcəlləsini bilməli;
  • Əlaqədar sahə üzrə iş təcrübəsi olması üstünlükdür

İş Tanımı:

  • Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
  • Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
  • Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması;
  • Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
  • İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
  • Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparılması, onların işə davamiyyətinə nəzarətin həyata keçirilməsi;
  • Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
  • İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarətin edilməsi.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00

İş yeri:

  • Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

 

Baytar Həkim (Biləsuvar, Kürdəmir)

Son tarix 18 mar 2023 – [email protected]

Tələblər:

  • Baytarlıq sahəsi üzrə ali təhsil;
  • Sahə üzrə ən az 3 il təcrübə;
  • MS Office proqramlarının mükəmməl biliyi;
  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı;
  • Görülən işlərlə bağlı hesabatlar təqdim edəbilməli.

İş haqqında:

  • İri buynuzlu və kiçik baş heyvanların epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin parrillas yolu ilə xəstəliklərdən qorunması;
  • Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərinin həyata keçirilməsi;
  • Xəstə heyvanların müalicə edilməsi;
  • Qida və emal üçün nəzərdə tutulan məhsulların və xammalın keyfiyyətinə nəzarət olunması.
  • Bütün müalicə profilaktiki və baytar – sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin edir.
  • Doğuşa müdaxilə və doğuş sonrası müalicə işini aparır;
  • Heyvanların müayinə və müalicə işini aparır;
  • Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparır;
  • Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət edir və çoxalma proqramının həyata keçirilməsini təşkil edir.
  • Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil edir.
  • Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak edir.
  • Baytarlıqda uçot və hesabat işlərini təmin edir, karantin tədbirlərini həyata keçirir.
  • Baytarlıq dərmanlarının saxlanılmasını, düzgün istifadəsini təlimatlara uyğun olaraq təşkil edir.
  • Baytarlıq işlərinin uçot və hesabatını aparır və bölmə rəhbərinə hesabat verir.

İş şərtləri:

  • Növbəli iş qrafiki, həftədə 1 gün istirahət.

İş yeri:

  • Biləsuvar və Kürdəmir rayonları. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Baytar Həkim” və müvafiq rayonun adını qeyd etməyiniz xahiş olunur.