Dünyada koronavirus (COVID-19) pandemiyasının hələ də davam etdiyini nəzərə alaraq, azərbaycanlı dənizçilərin öz vəzifələrini maneəsiz həyata keçirməsini təmin etmək üçün növbəti mühüm qərar qəbul edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qərara əsasən, Azərbaycan dənizçilərinin şəxsiyyət sənədinin, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair beynəlxalq konvensiya”nın tələblərinə uyğun olaraq dənizçilərə verilən sertifikatların (diplomların) və digər sənədlərin etibarlılıq müddəti 31 mart 2022-ci il tarixinədək uzadılıb.
Qlobal tibb müəssisələrinin 73%-i köhnə əməliyyat sistemli cihazlardan istifadə edir – ARAŞDIRMAAzad edilmiş ərazilərin beşillik inkişafı proqramı hazırlanıb”Hökumət buludu”na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb
Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərilib.
Etibarlılıq müddətinin uzadılması üçün gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə müvafiq müraciəti Dövlət Dəniz və Liman Agentliyinin [email protected] elektron poçt ünvanına göndərməlidirlər:
– gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub;
– mövcud şərtlərə əsasən, liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş;
– əmək müqaviləsinin surəti.