“Google”dan işçilərinə daha bir ZƏRBƏ

Xərclərin artması və gəlirlərin azalması bəzi tədbirlərin görülməsini zəruri edir. “Google” da daxil olmaqla bir çox texnoloji şirkət minlərlə işçisini ixtisar edir. Son məlumata görə, “Google”un bəzi əməkdaşları iş masalarını itirəcəklər.

İndex.az xəbər verir ki, gələn rübdən başlayaraq “Google” ən böyük ofislərinin bəzi işçilərindən iş masalarını paylaşmağı xahiş etməyə başlayacaq. CNBC-nin əldə etdiyi daxili sənəddə “Əksər “Google” işçiləri indi başqa bir “Google” işçisi ilə bir masa paylaşacaqlar”.

Google bu yolla ofislərini daraltmağı və əhəmiyyətli miqdarda pula qənaət etməyi planlaşdırır. Çünki son maliyyə toplantısında “Google”un ofislərinin dəyərinin 500 milyon dollar civarında olduğu bildirilmişdi. Bu yolla Google nəinki pula qənaət etməyə, həm də əməkdaşlıq performansını artırmağa ümid edir.